Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” “iPhone X”-in istehsalında problemlərlə üzləşib

“Apple” şirkəti “iPhone X” smartfonlarının istehsalı zamanı problemlərlə üzləşib. 


İKT.lent.az-ın xəbərinə görə, “The Wall Street Journal” yazır ki, yeni nəsil “iPhone”un istehsalı zamanı cihazda istifadəçinin üzünün tanınması məqsədilə skanerlərin yaradılması üçün lazım olacaq qədər detalların sayı nəzərə alınmayıb. Komplektlərin istehsalı daha əvvəl nəzərdə tutulduğundan daha çox vaxt aparır.

İD skanerlərin istehsalı zamanı baş verən gecikmə “Apple” cihazlarının premium versiyasının tədarükündə fasilələrə səbəb ola bilər. Çox güman ki, bu ajiotaja səbəb olacaq. Telefonların özləri isə satışa başlanan zaman qəhətə çəkiləcək.  

İD-skanerlə bağlı problem “iPhone X”in təqdimatı zamanı da yaranıb. Yeni cihazlın təqdimatını korporasiyanın vitse-prezidenti Kreyq Federiqi keçirib. O, cihaz sahibinin üztanıma funksiyasını nümayiş etdirməyə başlayarkən qəflətən cihaz bloka düşüb və onu blokdan çıxarmaq mümkün olmayıb. Ancaq “Apple”də bildiriblər ki, “Face İD”-dəki nasazlıq əslində nasazlıq deyildi və bu, cihazın təhlükəsizlik sisteminin korrektiv reaksiyası olub.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017