Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mütəxəssislər: Smartfonunuzu gecələr şarj etməyin!

Mütəxəssislər bildirir ki, smartfonun gecə boyu enerji ilə doldurulması cihazın işini pisləşdirir.

İKT.lent.az-ın “Independent” nəşrinə istinadən verdiyi məlumata görə, bu işi günorta vaxtları etmək məsləhət görülür.

 

Bu gün smartfonların aktiv istifadə olunması ilə əlaqədar daimi olaraq cihazın enerji ilə doldurulmasına ehtiyac yaranır. Ancaq aparılan son araşdırmalara görə, bir çox istifadəçilər bu prosesə düzgün yanaşmırlar. Cihazın gecə enerji ilə doldurulması smartfonun şəbəkəyə qoşulma vaxtını artırır ki, bu da batareyanın uzun müddət enerji saxlamaq qabiliyyətini itirməsinə gətirib çıxarır. Beləliklə, müəyyən vaxtdan sonra akkumulyatorun keyfiyyəti zəifləyir və o, enerjini daha az müddətdə saxlamağa başlayır.

“Smartfonun gecə boyu enerji ilə doldurulması ona gətirib çıxarır ki, ümumilikdə o, ildə 3-4 ay müddətində elektrik enerjisinə qoşulmuş kimi hesab edilir. Baxmayaraq ki, istehsalçılar bu barədə bildirmirlər, proses akkumulyatorun tutumunu aşağı salır”, - deyə “Ossia” şirkətinin qurucusu və simsiz enerji ilə doldurulma texnologiyanın tərtibatçısı Hatem Zeine bildirib.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017