Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” ABŞ seçkilərinə müdaxilədə istifadə olunan səhifələri blokladı

“Twitter” şirkəti  Rusiyanın 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat çərçivəsində 100-ə yaxın səhifəni bağladığını açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkətin bəyanatında bildirilir ki, daha əvvəl “Facebook”un öz araşdırmasında bəhs etdiyi təxminən 450 səhifə yoxlanıb və aydın olub ki, həmin səhifələrdən 22-si “Twitter”də də mövcuddur. “Bu 22 səhifə bizim qaydalarımızın pozulması, əsasən spam qadağası ilə əlaqədar bloklanıb. Bundan başqa, bu səhifələr vasitəsilə biz daha 179 akkaunt aşkarlayaraq qaydalarımızın pozulmasına görə onlara qarşı tədbir gördük”, - deyə şirkətin açıqlamasında bildirilir.   

 

“Twitter” bu səhifələrdən heç birinin reklam səhifəsi kimi qeydiyyatdan keçmədiyini açıqlayıb. İş üzrə araşdırma davam edir.

 

Xatırladaq ki, daha öncə “Facebook” Rusiya “bot”larının ABŞ-dakı seçkilərdən əvvəl sosial şəbəkədə seçkinin nəticələrinə təsir göstərmək məqsədilə reklamlar aldıqlarını açıqlayıb. Şirkət bu barədə məlumatları ABŞ Konqresinə və kəşfiyyatına təqdim edib. “Facebook”, “Twitter” və “Google” rəhbərliyi Konqresin hər iki palatasının müvafiq komitələrində ifadə verməyə çağırılıb.  

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017