Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyanın ən populyar saytları - SİYAHI

“Mediascope” şirkəti Rusiya sakinlərinin internetdəki maraqlarını təhlil edərək, onlar tərəfindən sevilən sosial şəbəkələr və mobil əlavələrinin reytinqini tərtib edib.


İKT.lent.az-ın Oane.ws saytına istinadən məlumata görə, araşdırma göstərib ki, ölkə ərazisində daha çox populyar olan sayt “Google” axtarış saytıdır. 

 

“Mediascope” şirkətinin mütəxəssisləri 12 yaşdan 64 yaşa qədər olan masaüstü kompüter, eləcə də “Android” və iOS platformalarında işləyən smartfon istifadəçiləri olan rusiyalılar arasında sorğu keçirib. Analitiklərin hesablamalarına görə, “Google” axtarış sistemindən, heç olmasa, ayda bir dəfə məlumat üçün müraciət edən 40 milyondan artıq insan istifadə edir. 

 

İkinci yeri 39,9 milyon nəfər istifadəçi sayına malik “Yandeks” tutur. Populyarlığına görə ilk üçlüyü 37,8 milyon nəfər auditoriyaya malik “VKontakte” sosial şəbəkəsi qapayır. Dördüncü və beşinci yerləri müvafiq olaraq 37,7 milyon istifadəçisi olan “YouTube” video hostinqi və 35,7 milyon nəfər istifadəçiyə malik “Mail.ru” poçtu tutub. 

 
Rusiyalılar arasında populyarlığına görə Top-10-a “Odnoklassniki”, “Instagram”, “AliExpress”, “Avito” və “WhatsApp” messenceri də daxil edilib. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017