Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 8 Plus” smartfonu partladı

Yeni “iPhone 8 Plus” smartfonu enerji ilə doldurulan zaman Tayvandan olan bir qadın alıcıda partlayıb.

İKT.lent.az-ın “Gizmochina” nəşrinə istinadən verdiyi məlumata görə, qadın oriJInal doldurucu cihazdan istifadə ediB və istehsalçının məsləhətlərini tam olaraq yerinə yetiriB.

Jurnalistlərin əldə etdiYi məlumata əsasən, Tayçjun-Siti şəhərindən olan qadın sentyabrın 23-də 64 GB yaddaşa malik “iPhone 8 Plus” smartfonunun qızıl variantını əldə edib. Fablet sentyabrın 26-na qədər normal çalışıb. Həmin gün qadın cihazı elektrik enerjisi ilə doldurub.

Onun sözlərinə görə, orijinal doldurucu cihazdan istifadə edib. Üç dəqiqə sonra cihaz partlayıb. Alıcı tərəfindən dərc edilmiş şəkillərdən də görünür ki, smartfonun korpusu çatlayıb. 

Buna qədər qadın “iPhone 4” smartfonunDAN istifadə edib. Partlamış “iPhone 8 Plus” gələcək araşdırmalar üçün “Apple”in zavoduna göndərilib. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017