Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İsrailin qadın hərbçiləri “İnstagram”da -

Bu günlərdə İsrailin qadın hərbi qulluqçuları populyar “İnstagram” sosail şəbəkəsində səhifə yaradıblar.

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən verdiyi məlumata görə, qızların akkauntu artıq 50 mindən çox izləyiciyə malikdir.

 

Bir çox istifadəçilər qeyd edirlər ki, silahlı qızlar olduqca seksual görünürlər və hərbi forma onlara çox yaraşır. Bu forma heç də onların gözəlliklərini və qadınlıqlarını azaltmır.

Bəzi KİV-lər isə qeyd edirlər ki, israilli qadın hərbçilərin şəkillərinin yayılması ilə “Gözəllik dünyanı xilas edəcək” deyimi daha yeni bir məna kəsb edir.

Qeyd edək ki, İsraildə qadınların da hərbi xidmət keçməsi məcburidir. İsrail qanunvericiliyinə görə, zərif cinsin nümayəndələri ölkənin, demək olar, bütün ordu növlərində hərbi xidmət keçə bilərlər. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017