Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple Music”in istifadəçilərinin sayı 30 milyon oldu

Ötən ilin dekabrında “Apple” şirkəti bildirib ki, “Apple Music” musiqi xidmətinin ödənişli abunəçilərinin sayı 20 milyon nəfərdən çox olub.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, yarım ildən sonra iyun ayında “Apple Worldwide Developers Conference 2017” konfransında elan edilib ki, premium abunəçilərin sayı 27 milyon nəfərə yaxın artıb. 

“Billboard” nəşrinə müsahibəsində isə “Apple Music” xidmətinin nümayəndəsi Cimmi Yovin (Jimmy Iovine) bildirib ki, xidmət artmaqda davam edir. Hazırda abunəçilərin istifadəçi bazası 30 milyon nəfərə qədər artıb. Yəni artım templəri azalsa da, o da çox cüzidir.

Qeyd edək ki, “Apple Music”in rəqibi olan “Spotify” xidmətinin isə ödənişli abunəçilərinin sayı 60 milyon nəfər təşkil edib. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017