Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sentyabrın ən yaxşı 5 smartfonu - SİYAHI

Analitiklər 2017-ci ilin sentyabr ayının sonuna ən populyar smartfonların siyahısını tərtib ediblər.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, bu siyahıya “Apple”in yeni modelləri, həmçinin Çin istehsalçılarının smartfonları daxil edilib. 

Ən populyar cihaz “iPhone X” elan edilib ki, onun da satışlarına noyabrın əvvəllərindən başlanacaq.

 

İkinci yeri “iPhone 8” smartfonu, üçüncü yeri Çinin “Bluboo S8” smartfonu tutub ki, bu da “Samsung”un flaqmanının bir nüsxəsidir.

 

Dördüncü və beşinci yerlərə müvafiq olaraq “Meizu M6” və “Xiaomi Mi MIX 2” smartfonları layiq görülüb. Birinci smartfon möhkəm metal korpusda istehsal edilib. İkincisi iki altı düymlük displeyə və qızılla əhatələnmiş kameraya malikdir.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017