Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Analitiklər: “Xiaomi” populyarlıqda “Apple”i qabaqlayacaq

“Xiaomi” şirkəti gələcəkdə populyarlığına görə “Apple”i geridə qoya bilər. 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən verdiyi məlumata görə, “ResearchID” analitik agentliyinin nümayəndələri bildirib ki, hazırda Çin konserni satışlar üzrə olduqca əla nəticələr nümayiş etdirir, ancaq onun gəlirləri ABŞ-dan olan rəqibindən ciddi şəkildə azdır. 

Mütəxəssislər “Xiaomi”n şirkətinin fəaliyyətinin təhlil ediblər və müəyyən ediblər ki, brend dünya bazarında düzgün iş siyasəti aparır. Xüsusilə də konsern nəinki flaqman əşyalar istehsal edir, hətta qənaətcil cihazlar buraxır ki, bununla da kasıblardan varlılara qədər olan bütün əhali təbəqəsini əhatə edir. “Apple” şirkəti isə yalnız flaqman məhsullarına istiqamət alıb ki, bununla da geniş əhatəsi ilə öyünə bilməz. 

“Apple” şirkətinin rəhbəri Tim Kuk əmindir ki, hətta smartfonlarının istehsalı yubansa da, istifadəçilər həmin ajiotajla onları alacaqlar. “Xiaomi” nümayəndələri isə istehlakçılar üçün sayca müxtəlif variantların təqdim edilməsinə üstünlük verir. Orta hesabla “Apple” məhsulları kimi xüsusiyyətlərə malik telefon 300 dollara başa gəlir. Amma “Apple”in məhsuluna görə 800 dollardan çox pul ödəmək lazım olur.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017