Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram”ın Rusiya analoqu bağlanır

“VKontakte” sosial şəbəkəsinin tərtibatçıları tərəfindən yaradılmış populyar “Instagram” əlavəsinin Rusiya analoqu olan “Snapster” bağlanır.

İKT.lent.az-ın Bun.com.ua saytına istinadən məlumatına görə, tərtibatçılar şəkil mübadiləsi xidmətini bağlamaq qərarına gəliblər.

 

Şəkillərin redaktə edilməsi funksiyası istifadəçilər üçün açıq olsa da, sosial şəbəkənin özünə giriş bağlı olacaq. 

Analitiklərin fikrincə, buna səbəb odur ki, “Snapster” “İnstagram” ilə rəqabətə dözə bilməyib. Bununla belə, “VKontakte”nin administrasiyasında gələcəkdə də belə əlavələr yaradacaqlarına söz veriblər və burada “Snapster”in tərtibatında əldə olunan təcrübədən istifadə ediləcək.

 
Xatırladaq ki, “Snapster” əlavəsi 2015-ci ilin yayında tərtib edilib. 2015-ci ilin sonunda bu sosial şəbəkə artıq “AppStore” onlayn mağazasında ilin ən yaxşı əlavələri siyahısına daxil edilib.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017