Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” daha bir startapa sahib oldu

“Apple” şirkəti foto şəkillərlə obyektlərin tanınması texnologiyasında ixtisaslaşmış “Regaind” startapını satın alıb. 

İKT.lent.az-ın Theinquirer.net saytına istinadən məlumatına görə, “Apple” nümayəndələri rəsmi olaraq yeni startapı aldıqlarını elan ediblər. 

Onların sözlərinə görə, “Regaind” şəkillərdəki əşyaların tanınması üçün əlavənin yaradılmasına səbəb olacaq. 

Texnologiya nəhəngi rəhbərliyinin fikrincə, bu, “Apple” cihazlarının istifadəçiləri üçün müəyyən məlumatların axtarışını asanlaşdıracaq. Analitiklər əmindir ki, “Apple”də hər şeyi açıqlamırlar. Mütəxəssislər hesab edirlər ki, obyektlərin şəkillər üzrə tanınması ilə bağlı şirkətin irimiqyaslı planları mövcuddur. Mümkündür ki, “Regaind” texnologiyaları “Apple”in öz süni intellektinin tərtibatı və müasirləşdirilməsi üçün istifadə ediləcək. 

LENT

14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018
10 İyul 2018