Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yeni “iPhone 8 Plus”un ekranı qopdu

Yeni “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının rəsmi satışlarının başlanmasından iki həftə keçməsə də, təzə cihazlardan biri artıq partlayıb, digəri isə qutuda olarkən ekranı qopub. 

İKT.lent.az-ın “9to5mac.com” saytına istinadən verdiyi məlumata görə, xoşagəlməz tapıntı ilə yaponiyalı @Magokoro0511 nikli alıcı qarşılaşıb.

Qutunu açdıqda o görüb ki, smartfonun ekranı bütün korpus boyu ayrılaraq qopub. Bu effekti yarada biləcək başqa heç bir mexaniki zədə aşkar edilməyib. Bu səbəbdən təxmin etmək olar ki, bu, istehsal nasazlığıdır ki, bu da yapışqanın keyfiyyəti və ya vintlərin problemləri ilə bağlıdır.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017