Bu bölmə Bakcell tərəfindən təqdim olunur

9 ayda 10 milyon smartfon satdı - “XİAOMİ”DƏN YENİ REKORD

“Xiaomi” şirkətinin icraçı direktoru Ley Tsun (Lei Jun) şirkətin bütün əməkdaşlarını yeni rekordun qeydə alınması münasibətilə təbrik edib.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bu ilin sentyabr ayında şirkət 10 milyon ədəddən çox smartfon satışına nail ola bilib. 

Bu nailiyyət xüsusilə təsirli görünür. Belə ki, 2015-ci ildə şirkət 70 milyon ədəd smartfon satıb, 2016-cı ildə isə onun satışları 58 milyon ədədə qədər azalıb. Bu ilin 9 ayında satışlar 63 milyon ədəd smartfonu keçib. Ən uğurlu satış vaxtı olan Milad bayramı isə yaxınlaşmadadır.

“Xiaomi”nin bu il üçün satış planları naməlum olaraq qalır. 2018-ci ildə isə şirkət 100 milyondan artıq smartfon satışını planlaşdırılır.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017