Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” Rusiyanın ABŞ əleyhinə reklamlarına baxış sayını açıqladı

ABŞ-dakı seçkilərlə bağlı “Facebook”da yerləşdirilmiş Rusiya mənşəli siyasi reklamlara 10 milyona yaxın istifadəçi baxıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu “Facebook”un siyasət və kommunikasiyalar üzrə vitse-prezidenti Elliot Şraqe deyib. “Elan və reklamların böyük hissəsi geniş ideoloji spektrin siyasi və sosial aspektlərinə - seksual azlıqlar mövzusundan irqi və immiqrasiya məsələlərinə, silah gəzdirmə hüququna qədər – həsr olunub”, - deyə E. Şraqe bildirib.

 

İstifadəçilər Rusiya mənşəli reklamların 44%-ni ABŞ-dakı prezident seçkilərindən əvvəl, 56%-ni isə seçkidən sonra görüblər.  

 

Xatırladaq ki, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini araşdıran Senatın Kəşfiyyat komitəsi “Facebook”, “Twitter” və “Alphabet” rəhbərlərini bu mövzuda keçiriləcək ictimai dinləmələrə dəvət edib. Dinləmələr bu aya planlaşdırılıb. Senatorlar Rusiyanın seçkilərə müdaxilə və ABŞ toplumuna nifaq salmaq üçün online alətlərdən necə faydalandığını öyrənmək istəyirlər.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017