Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 8”-in akkumulyatoru niyə şişir? - “APPLE” ARAŞDIRMAĞA BAŞLADI

“Apple” şirkəti yeni “iPhone 8” smartfonlarının akkumulyatorlarının şişməsi hallarının araşdırılmasına başlayıb.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, konsernin mühəndisləri bildirib ki, belə hadisələrin baş verməsinə səbəb batareyaların olduqca böyük həcminin olması ola bilər. 

“iPhone 8 Plus” smartfonlarında batareyanın ilk şişməsi halı bir neçə gün əvvəl Tayvanda qeydə alınıb. “Apple” cihazlarının istifadəçisinin sözlərinə görə, onun cihazı eninə ciddi şəkildə böyüyüb və nəticədə smartfonun korpusu çatlayıb. Gənc oğlan bu smartfonu bir neçə gün öncə əldə etdiyi üçün dərhal xidmət mərkəzinə müraciət edib

Çoxsaylı şikayətlərlə əlaqədar olaraq “Apple” şirkəti hadisənin araşdırılmasına başlayıb. Hazırda Asiya və Avropa ərazilərində satışa çıxarılan bir neçə smartfon partiyasının geri çağırılması nəzərdən keçirilir. Bundan başqa, şirkətin mütəxəssisləri batareyalarını dəyişdirmək niyyətindədirlər. 

Həmçinin istifadəçilər “iPhone 8 Plus”un displeylərindəki problemlər barəsində də danışıb. Cihaz sahiblərinin məlumatına əsasən, aşağı keyfiyyətli yapışqanlılıq səviyyəsi sahəsində smartfonlarda ekranları qopmağa başlayıblar.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017