Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ-da hakerlər 145,5 milyon istifadəçinin məlumatlarını oğurladı

“Equifax” kredit tarixçəsi bürosu kütləvi kiberhücumlar nəticəsində 145,5 milyon insanın məlumatlarının oğurlanması mümkün olduğunu etiraf edib.

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən verdiyi məlumata görə, sentyabrın əvvəlində yuxarıda adıçəkilən qurumun nümayəndələri 143 milyon ABŞ vətəndaşının şəxsi məlumatlarının oğurlandığı barədə məlumat veriblər. 

Artıq onlar hesab edirlər ki, zərərçəkənlərin siyahısında daha 2,5 milyona yaxın ABŞ istehlakçısı ola bilər.

Qeyd etmək lazımdır ki, bu hadisə nəticəsində “Equifax”ın baş direktoru və Direktorlar Şurasının sədri Riçard Smit istefa ərizəsi yazıb.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017