Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Russia Today” “YouTube”dakı premium paketdən çıxarıldı

“Alphabet” (“Google”un daxil olduğu ana şirkət) korporasiyası “Russia Today” telekanalını “YouTube”dakı reklamların premium paketindən çıxarıb.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, RT “YouTube”dakı “Google Preferred” xidmətində təmsil olunurdu. Bu xidmət reklamvericilərə öz reklamlarını yerləşdirmək üçün ən populyar kontentləri seçmək imkanı verir. Xidmətin son yeniləməsindən sonra RT oradan çıxarılıb.

 

Qərar Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı Konqresdə davam edən təhqiqatla əlaqədardır. “Google”, “Facebook” və “Twitter” rəhbərləri bu məsələ barədə Konqresdə ifadə verməyə dəvət olunub.

 

“Russia Today”dən bildirilib ki, telekanalın “Google Preferred”dan çıxarılması məsələsi yoxlanılacaq. Kanalın “YouTube”da 2,2 milyondan çox abunəçisi var.

 

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi sentyabr ayında ölkə daxilində “Russia Today”ə xidmət göstərən şirkətdən xarici agent kimi qeydiyyatdan keçməyi tələb edib. Kanalın baş redaktoru Marqarita Simonyan isə bildirib ki, ən pis halda telekanal ABŞ-da yayımını dayandıra bilər.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017