Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp”dan növbəti yenilik

“WhatsApp” öz istifadəçiləri üçün şəxsi emodzi seçimini tərtib edib.

İKT.lent.az-ın Oane.ws saytına istinadən məlumatına görə, bu emodzilər artıq “Android” smartfonlarında messencerin sonuncu beta-versiyasında istifadəyə verilib. Bir neçə ay ərzində yenilənmə xidmətin bütün istifadəçiləri üçün əlçatan olacaq.

“WhatsApp”ın şəxsi emodzilərinin yeni bazasını istifadə edə bilən “Android” istifadəçiləri onları “Apple” şirkətinin təklif etdiyi stikerlərlə uyğunluğunun olduğunu qeyd edirlər.

Bununla belə, “Emojipedia”da deyildiyi kimi, yeni emodzi seçimi messencerin öz tərtibatıdır. Qeyd edək ki, bundan öncə də bu xidmət ilk orta barmaq stikerini istifadəyə verən xidmət olub.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017