Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu ilin 6 ayında dünyada ən çox satılan smartfonlar - SİYAHI

İHS şirkətinin analitikləri iddia edirlər ki, “iPhone 7” bu ilin yarım ili ərzində dünyada ən satılan smartfon olub.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, ikinci yerdə “iPhone 7 Plus” smartfonu qərarlaşıb.

 

Üçüncü yeri isə gözlənildiyi kimi, “Samsung Galaxy Grand Prime Plus” tutub. Bir il öncə buraxılan, o qədər də baha olmayan bu model cəmi 960 x 540 piksel icazəli ekranla və 1,5 Gb əməliyyat yaddaşı ilə təchiz edilib. 

Dördüncü və beşinci yerləri “iPhone 6s” və “Galaxy S8” smartfonları tutub ki, onların da ardınca “Galaxy S8+” qərarlaşıb.

 

Lider mövqelərinə baxmayaraq, ən populyar “Apple” və “Samsung” cihazlarının satış həcmləri aşağı düşür. Misal üçün, 2015-ci ildə “iPhone”un yeniliyinin ən kiçiyi bazarın 10 faizinə malik idi. 2016-cı ildə onun bazar payı 7 faizə, bu il isə 5 faizə qədər azalıb. 

Ümumilikdə, ən çox satılan 10 cihaz “Samsung”un 5, “Apple”in 4 modelindən və 1 ədəd “Oppo” cihazından təşkil edilib. Həmçinin analitiklər hesab edirlər ki, satışları ayda 1 milyondan artıq cihaz olan modellərin sayı ötən ilki 17-dən bu il 22-yə qədər artıb.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017