Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Amazon”a şok cəza - 250 MİLYON AVRO!

Avropa Komissiyası ABŞ-ın online ticarət platforması “Amazon”a böyük miqdarda cərimə kəsib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

 

"Amazon" 250 milyon avro məbləğində cərimələnib. Cərimə şirkətin Lüksemburqda vergidən yayınmaq üçün xüsusi sxemdən istifadə etməsi ilə əlaqədardır.

 

Xatırladaq ki, may ayında Avropa Komissiyası “Facebook”u 120 milyon avro məbləğində cərimələyib. Səbəb sosial şəbəkənin “WhatsApp”ı satın alarkən Avrokomissiyaya yanlış məlumat verməsidir. “Google” isə rekord məbləğdə - 2,4 milyard avro məbləğində cərimələnib. Şirkət bu qərardan şikayət verəcəyini bildirib.    

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017