Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X” “Android” cihazlarından niyə yaxşıdır? - MÜTƏXƏSSİS RƏYİ

“KGI Securities” şirkətinin analitiki Min-Çi Ko qeyd edib ki, ABŞ-ın “Apple” şirkətinin rəqibləri onun texnologiyalarını yalnız 2,5 ildən sonra istehsal edə biləcəklər. 

İKT.lent.az-ın “MacRumors” nəşrinə istinadən verdiyi məlumata görə, rəqiblərini qabaqlaması “Apple”ə mobil cihazlar bazarında üstünlük verir. 

Mütəxəssislərin fikrincə, “TrueDepth” frontal kamera “Apple” flaqmanının əsas aparıcı yeniliklərindən biri hesab edilir və bu, istehsalçını texnoloji lider səviyyəsinə çıxarır. Məhz bu texnologiya “iPhone X” smartfonunu üzün tanınması - “Face İD” bloklanması ilə təmin edir və bir sıra digər funksiyalara da cavab verir.

Min-Çi Konun qiymətləndirməsinə əsasən, “Apple” ilin sonuna qədər öz flaqmanlarından təxminən 35 milyon ədəd sata biləcək.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017