Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiya "Facebook" təbliğatında ABŞ-ın hansı ştatlarını hədəf alıb?

ABŞ-dakı prezident seçkiləri ərəfəsində Rusiya tərəfindən “Facebook”da yerləşdirilən siyasi reklam-elanlar əsasən Miçiqan və Viskonsin ştatlarının əhalisinə yönəlib. Məhz bu ştatlar Donald Trampın qələbəsində həlledici rol oynayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb. Mənbə bildirib ki, Rusiya tərəfindən verilən elanlar yaxşı düşünülmüş olub və ştatlardakı əsas demoqrafik qrupların rəyinə təsir etmək məqsədi daşıyıb. Belə ki, elanlarda ABŞ cəmiyyətində bölünməyə, eləcə də antimüsəlman təbliğatına yönəlmiş məlumatlardan istifadə olunub.

 

Qeyd edək ki, Miçiqan seçki öncəsi seçicilərin ən çox tərəddüd etdiyi ştat idi. Burada Donald Tramp Hillari Klintonu cəmi 10 min 700 səs üstünlüyü ilə qabaqlayıb. Viskonsin ştatı da gərgin mübarizəyə səhnə olub. Burada Tramp 22 min 700 səs fərqi ilə qalib gəlib. Məhz bu 2 ştatdakı qələbə Trampın prezident seçilməsində əsas rol oynayıb.   

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017