Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İT bazarının xərcləri 3,5 milyard dollara çatacaq

“Gartner” şirkətinin analitikləri ümumilikdə informasiya texnologiya bazarını qiymətləndirmək qərarına gəliblər.

 
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, onlar iddia edirlər ki, gələn il İT sahəsində dünya üzrə xərclər 3,658 trilyon dollar təşkil edəcək ki, bu da bu ilin göstəricilərini 4,3 faiz üstələyir. 

 
Yaxşı artımı korporativ proqram təminatı və İT-xidmətlər seqmenti nümayiş etdirməkdə davam etdirir. Rabitə istiqaməti daha xərcli olaraq qalır və bu il 1,387 trilyon dollar təşkil edir. Bununla belə, bu sahə daha fəaliyyətsizdir. Bu ilin nəticələrinə görə, bu artım cəmi 0,9 faiz təşkil edəcək.

 
Analitiklər proqnozlaşdırır ki, cari ildə proqram təminatına xərclər 8,5 faiz, gələn il isə daha 9,4 faiz artaraq 387 milyon dollara çatacaq.

 
Gələn il İT-xidmətlərə xərclər 980 milyon dollar təşkil edəcək ki, bu da cari ilin göstəricilərindən 5,3 faiz üstün olacaq.

 
Gözlənilir ki, aparat seqmenti iki ildə ilk dəfə olaraq artım nümayiş etdirəcək. Cari ilin nəticələrinə görə, bu rəqəm 5,3 faiz olacaq, gələn il daha 5 faiz artacaq. Bu isə premium smartfonların qiymətinin artımı ilə bağlı olacaq. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017