Bu bölmə Bakcell tərəfindən təqdim olunur

NATO bazalarında həyəcan siqnalı - RUSLAR

Baltik ölkələri və Polşada yerləşdirilmiş NATO əsgərlərinin smartfonları haker hücumlarına məruz qalıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə nüfuzlu “The Wall Street Journal” qəzeti məlumat yayıb. Hərbçilər hücumların Rusiya tərəfindən həyata keçirilməsindən şübhələnirlər. Çünki smartfonlara müdaxilələrin olunduğu IP ünvanı Rusiyada yerləşir.  

 

Haker hücumunda dronlardan istifadə olunduğu bildirilir. Ekspertlərin fikrincə, bu fakt hücumun arxasında məhz dövlətin dayandığını göstərir. Polşadakı hərbi bazada azı 7 hərbçinin smartfonları və “Facebook” ünvanları hücuma məruz qalıb. Hərbçilərdən biri deyib ki, təlimdən qayıtdıqdan sonra cihazının kənar müdaxiləyə məruz qaldığını görüb. Haker smarftfonun müdafiə sisteminin 2-ci mərhələsini aşmaq istəyirmiş.

 

Hücumlarla əlaqədar Estoniyada hərbçilərdən SİM kartları smartfondan çıxarmaq tələb edilib, internetə isə yalnız hərbi hissədəki təhlükəsiz bağlantılardan girmək tapşırılıb. Geolokasiyadan istifadə qadağan edilib.

 

NATO ehtiyatlanır ki, smartfonlardan əldə olunan informasiyalar hərbçiləri qorxutmaq, çəkindirmək məqsədilə istifadə oluna bilər. Bundan başqa, hərbi əməliyyatların başlanacağı təqdirdə, NATO hərbçilərinə yanlış və çaşdırıcı məlumatların ötürülməsi də mümkündür.

 

Xatırladaq ki, NATO-nun 2016-cı il Varşava sammitinin qərarına əsasən Rusiya sərhədində - Litva, Latviya, Estoniya və Polşada hərbi kontingent yerləşdirilib.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017