Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Səudiyyə hökuməti sosial şəbəkə aktivlərini həbs etdi

Səudiyyə Ərəbistanda hüquq-mühafizə orqanları "sosial şəbəkələr vasitəsilə ölkədə fitnə yaratdıqları" səbəbi ilə 40 nəfəri həbs edib.


İKT.lent.az-ın “Al Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, hakimiyyət Qətər vətəndaşı da daxil olmaqla, 22 nəfəri sosial şəbəkələrdən istifadə etməklə müxalifətçilik etdiyi üçün həbs edib. 

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları internetdə ölkədə ictimai sabitliyi pozmağa dəvət edən videoçarx aşkar ediblər. Bundan başqa, daha 24 nəfər Şimali Heyl vilayətində həbs edilib ki, onların da qəbilələr və sülalələr arasında fikir ayrılıqlarını alovlandırmaqla məşğul olduğu bildirilir. 

Qeyd edilir ki, şübhəlilər sosial şəbəkələrdə xüsusi həştəqlərdən istifadə edərək fitnə yaradan, qəbilələr arasında fikir ayrılığı salan və yalanı təbliğ edən saytı təbliğ etməyə çalışıblar. Hazırda polis həbs edilənlərin hər birinin ayrı-ayrılıqda qanun pozuntularını müəyyən etməyə çalışır.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017