Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rus hakerlər “Kasperski” vasitəsilə ABŞ-ın sirlərini oğurlayıb

Rusiyalı hakerlər “Kasperski” antivirusundan istifadə edərək ABŞ Milli Təhlükəsizlik Agentliyinin (National Security Agency, NSA) məxfi fayllarını oğurlayıblar.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

 

Qəzet yazıb ki, oğurlanan fayllarda NSA-in digər dövlətlərin kompüter şəbəkələrinə necə daxil olması və özünü kiberhücumlardan necə müdafiə etməsinə dair informasiyalar var imiş.

 

Hadisə 2015-ci ildə baş verib, lakin bu barədə yalnız 2017-ci ilin baharında məlumat əldə edilib. Mənbələr bildiriblər ki, NSA-də müqavilə əsasında çalışan şəxs məxfi informasiya daşıyıcısı olan cihazını şəxsi kompüterinə qoşub. Kompüterdə “Kasperski Laboratoriyası”nın antivirusu quraşdırılıbmış. Nəticədə antivirus proqramının köməyi ilə rusiyalı hakerlər həmin faylları ələ keçiriblər.

 

“Kasperski Laboratoriyası” ünvanına yönəldilən növbəti ittihamı rədd edib. NSA isə şərh verməyib.  

 

Xatırladaq ki, ABŞ-ın dövlət orqanlarına “Kasperski Laboratoriyası”nın məhsullarından istifadə etmək qadağan edilib.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017