Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Telefon cibində partladı...

İndoneziyanın Semaranq şəhərində otel əməkdaşının cibində “Samsung Grand Duos” telefonu partlayıb.
 
İKT.lent.az-ın TASS-a istinadən verdiyi məlumata görə, 2013-cü ildə istehsal edilmiş smartfonun sahibi cəld reaksiya verib. O, yanan köynəyini tez çıxara bilib.
 
Xatırladaq ki, “Samsung” şirkəti ötən ilin sentyabr ayında “Galaxy Note 7” smartfonlarının batareyasında nasazlığa görə bu cihazları kütləvi şəkildə geri çağırıb və satışları dayandırıb. Bu ilin avqust ayında isə “Samsung” şirkəti “Galaxy Note 4” fabletləri üçün 10 mindən artıq akkumulyatoru geri çağırıb. Buna səbəb batareyanın alovlanma riski olub. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017