Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən yaxşı kamerası olan smartfon hansıdır?

Peşəkar fototexnikanı və mobil kameraları qiymətləndirən “DxOMark” resursunun mütəxəssisləri smartfonun ən yaxşı foto modulunu elan ediblər. 

İKT.lent.az-ın Korrespondent.net saytına istinadən məlumatına görə, lider mövqeləri bu günlərdə təqdim edilmiş “Google Pixel 2” smartfonu tutub. 

Bildirilir ki, “Google” şirkətinin istehsalı olan cihaz fotomodul testlər nəticəsində birdən-birə 98 bal toplaya bilib. 

Mütəxəssislər qeyd ediblər ki, “Google Pixel 2”-nin kamerası videoçəkiliş zamanı olduqca yüksək keyfiyyət təmin edə bilir. Smartfon gözəl rənglər və dəqiq səhnəni ötürə bilir. Bundan başqa, o, cəld və dəqiq avtofokusu, həmçinin fonun süni yayılması ilə fərqlənir.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017