Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung”un ilk əyilən displeyli smartfonu 100 min ədəd buraxılacaq

Bu günlərdə “Samsung” korporasiyasının bölmə rəhbəri Kox Donq-cin (Koh Dong-jin) bildirib ki, şirkət ilk əyilən displeyli “Galaxy Note” smartfonunu 2018-ci ildə istehsal edəcək.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, qeyri-rəsmi olaraq “Samsung Galaxy X” adlanan smartfon “WiFi Alliance” (WFA) təşkilatında sertifikatlaşmadan keçib, “Bluetooth Special Interest Group” (SIG)məlumat bazasında görünüb, həmçinin Koreya Milli Agentliyindən (National Radio Research Agency NRRA) sertifikat alıb və SM-G888N0 model nömrəsinin alıb.

Yeni məlumatlara əsasən, yenilik 2018-ci ildə məhdud 100 min ədəd nüsxə ilə yalnız Cənubi Koreya ərazisində istehsal ediləcək. Mümkündür ki, smartfon dünya bazarına 2019-cu ildə çıxarılacaq.

“Forbes” iddia edir ki, smartfonun təqdimatı 2018-ci ilin yanvarında “Consumer Electronics Show” sərgisində baş tutacaq. Çətin ki, yenilik fevral ayında keçiriləcək “Mobile World Congress” sərgisində təqdim edilsin. Çünki o zaman “Samsung” bu sərgidə “Galaxy S9” smartfonunu nümayiş etdirəcək. Ola da bilər ki, “Samsung Galaxy X” smartfonu “Galaxy Note 9” ilə birgə IFA-2018 sərgisində təqdim olunsun.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017