Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən populyar “Android” cihazları - SİYAHI

Rusiya mobil bazarının mütəxəssisləri “Android” cihazları arasında ən yaxşı müəyyən edəcək analitik araşdırma aparıblar.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, bu araşdırmaya əsasən, “Android” cihazlar arasında lider “Samsung Galaxy J1” smartfonu olub. Bu telefon modeli satış bazarının 2,5 faizini “fəth” etməyi bacarıb ki, bu da onu birinci yerə çıxarıb.

Sonrakı yerlər isə belə qərarlaşıb:

 

2. “Samsung Galaxy S3”; 3. “Galaxy Grand Prime”; 4. “Samsung Galaxy J3”; 5. “Xiaomi Redmi Note 4”.

Amerika mobil bazarında isə lider “Samsung Galaxy S7” modelidir. Bu telefon modeli satış bazarının 6,3 faizini ələ keçirməyi bacarıb. Liderlərin üçlüyünə “Galaxy S5” və “Galaxy S6” da daxildir. Bu brend alıcılar arasında ən tələb olunan hesab edilir.

Böyük Britaniyada ən populyar model “Galaxy S7 Edge”, Kanadada isə “Galaxy S7” modeli olub.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017