Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Nokia 8” flaqmanı möhkəmlik sınağını uğurla keçdi

Tanınmış blogger və mobil cihazlar üzrə mütəxəssis Zak Nilson “Nokia” şirkətinin ilk “Android” flaqman smartfonu olan “Nokia 8”-in möhkəmliyini yoxlayıb.

İKT.lent.az-ın “Gagadget” nəşrinə istinadən məlumatına görə, bundan öncə də bu brendin daha qənaətcil modelləri sınaqdan keçirilib. 

Nilson cihazı cızılmaya qarşı dözümlüyünü, yüksək temperaturlarla əlaqəsi və əyilmək imkanlarını sınaqdan keçirib. Nəticələr mütəxəssisi xeyli təəccübləndirib.

Məlum olub ki, Finlandiya istehsalı olan smartfonun beşinci nəsil “Gorilla Glass” şüşəsi bütün digər flaqmanlarda olduğu kimi dözümlüdür. Bu şüşə cihazın ön tərəfini tam olaraq örtür. Misal üçün, açar və kiçik xırda pullarla onu cızmaq olduqca çətindir. Ancaq daha sərt əşyalar onu cıza bilər. 

Bundan başqa, “Nokia 8”-in displeyi İPS texnologiyasından düzəldilib. Əgər onu alışqana doğru gətirsələr, o qaralır və sonradan olduqca tez bərpa olunur. 

Digər istehsalçılardan fərqli olaraq, “Nokia” flaqmanın istehsalı zamanı smartfonun korpusunu 7000 seriyalı deyil, 6000 seriyalı alüminiumdan istehsal edib. Bununla belə, bu, ona əyilmə ilə bağlı sınaqdan uğurla keçməkdə mane olmayıb. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017