Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada “iPhone 8” ucuzlaşdı

“iPhone 8” flaqman smartfonlarının satışları cəmi bir həftə əvvəl başlayıb, sentyabrın 29-dan isə bəzi satıcılar bu yeniliyin qiymətini aşağı salmağa başlayıblar. 

İKT.lent.az-ın məlumatına görə, “Hi-tech Mail.ru” saytı özünün apardığı təhlilə əsasən bildirir ki, hazırda “Apple”in flaqmanının baza konfiqurasiyasını (daimi 64 GB yaddaşa malik) 50 min rubl və ya 1 470 manatdan aşağı qiymətə əldə etmək mümkündür. 

Rəsmi satıcılarda isə “iPhone 8” smartfonunun qiyməti 56 990 rubl və ya 1 675 manatdan başlayır. Eyni zamanda bir sıra mağazalar yeniliyi 49 min rubla və ya 1 440 manata satır.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017