Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Opera” brauzerini daha çox hansı ölkələr istifadə edir? 

Rusiya oktyabr ayında masaüstü kompüterlərdə “Opera” brauzerinin istifadəçi sayına görə liderdir. 

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, onun ardınca ABŞ və Almaniya gəlir.

 

“Opera Software ASA” nümayəndələri özünün statistik məlumatlarında bildiriblər ki, Rusiyada maksimal sayda “Opera” brauzerinə üstünlük verən istifadəçi mövcuddur. Norveç şirkəti şəbəkədə işləmək üçün proqramının yenilənməsinə başlayıb. Əlavə istifadəçilərə kompüter arxasında işləmək üçün daha çox rahatlıq və imkanlar təqdim edəcək. Proqram kodunun dəyişdirilməsi “Opera” brauzerini sevənlər üçün “MacOS”a HD-videolar yükləmək imkanı verəcək. HiDPİ displeylərində materiallara baxmaq üçün keyfiyyət də yaxşılaşdırılacaq. 
 
Növbəti yenilənmə ekranın istənilən hissəsi ilə şəkil çəkmək və ora selfi, smayl və ya birbaşa olaraq brauzerin pəncərəsində qısa mətnin əlavə olunması olacaq. 
 
Statistikaya əsasən, “Opera” proqramından bütün dünya üzrə təxminən 350 milyon istifadəçi istifadə edir. Şirkət rəhbərliyi yeniliklərin tətbiqindən sonra daha böyük sayda insanın marağının və diqqətinin cəlb edilməsini nəzərdə tutur. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017