Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” “Windows Phone”u dəfn etdi

“Microsoft” korporasiyası “Windows 10 Mobile” yeni cihazlar yaratmayacaq və yeniləməyəcək.

İKT.lent.az-ın Lenta.ru saytına istinadən məlumatına görə, bu barədə “Microsoft” korporasiyasının icraçı direktoru Co Belfior (Joe Belfiore) özünün “Twitter” səhifəsində bildirib.

“Təbii ki, biz platformanın dəstəklənməsini davam etdirəcəyik. Baqlara düzəliş edəcəyik, sistem təhlükəsizliyi üçüm yenilənmələr buraxacağıq. Ancaq yeni funksiyaların və cihazların istehsalı planlaşdırılmır”, - deyə Belfior bildirib.

O həmçinin bildirib ki, şirkət əlavə tərtibatçılarını cəlb etməyə cəhd göstərib: “Biz onlara pul ödəyirdik, onlar üçün əlavələr yazırdıq. Ancaq istifadəçi sayının az olması ona gətirib çıxardı ki, bir çox şirkətlər platformaya investisiya yatırmaqdan imtina ediblər”.

Ötən ilin may ayında “Microsoft” mobil bölmənin 1 800 nəfər əməkdaşını ixtisara salmaq niyyətində olduğunu bildirib. Bununla bərabər, korporasiya “Lumia” smartfonlarının istehsalından imtina edib və “Surface” brendi altında yeni məhsulunu istehsal etmək qərarına gəlib.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017