Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” üzərinə displeylər quraşdırılmış sükan yaradır

“Samsung” şirkəti üzərinə displeylər quraşdırılmış unikal sükan patentləşdirib.

İKT.lent.az-ın Rusargument.ru saytına istinadən məlumatına görə, Cənubi Koreya istehsalçısı öz tərtibatlarında innovativ texnologiyaların tətbiqində lider mövqelərə malikdir.

ABŞ dövlət qurumları “Samsung” şirkətinin müraciəti əsasında üzərinə displeylər quraşdırılmış sükanın istehsalını nəzərdə tutan patenti təsdiqləyiblər. Dəqiqləşdirilib ki, patent ancaq dizaynı üçün nəzərdə tutulub.  

Sükan təkəri üzrə sənədə əsasən, mütəxəssislər sükan üzərinə quraşdırılmış ekranın necə və hansı formada görünəcəyi ilə bağlı təxminlərini edib və şəklini çəkiblər. 

Sükan təkərin dəmirləri arasında yerləşən üç seqmentə bölünüb. İstifadəçilər naviqatorun, bort kompüterinin məlumatların və kameradan əldə olunan məlumatların köməyinə çıxış əldə edəcəklər. 

LENT

20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018