Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini təsdiqlədi

 

“Google” ilk dəfə olaraq Rusiyanın şirkət platformalarından istifadə edərək ABŞ-dakı prezident seçkilərinə təsir göstərməyə çalışdığına dair sübutlar əldə edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu “The Washington Post” (WP) şirkətin daxili təhqiqatı barədə məlumatlı olan mənbələrə istinadən yazıb. Mənbələr bildirib ki, Rusiya bu məqsədlə on minlərlə dollar dəyərində reklamlar alıb.   

 

Siyasi reklamlar “YouTube” və “Gmail”də, eləcə də “Google”a aid olan “DoubleClick” reklam platformasında yerləşdirilib. Reklamları alanlar “Facebook”da eyni məqsədli reklamlar alanlardan fərqli mənbələr olub.  

 

WP yazır ki, seçkiqabağı dövrdə “Google” platformalarında yerləşdirilən və ümumi dəyəri 100 min dollara yaxın olan reklamlar hazırda araşdırılır. Hələlik bu reklamların hamısının Kremlə yaxın strukturların sifarişi olub-olmadığı dəqiq müəyyən edilməyib.

 

Qeyd edək ki, ABŞ-ın digər İT şirkəti – “Microsoft” korporasiyası da Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı araşdırma aparır. Daha öncə isə “Facebook” və “Twitter” bu barədə məlumatları Konqresə təqdim ediblər. Konqresdə mövzuya dair geniş ictimai dinləmələr keçirilməsi planlaşdırılıb.  

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017