Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyada ən çox satılan smartfon məlum oldu

Bu ilin birinci yarısında dünyada ən satılan smartfon “iPhone 7” olub. 

İKT.lent.az-ın “Phonearena” saytına istinadən verdiyi məlumata görə, bu barədə “İHS Markit” şirkətinin analitiklərinin hesabatında deyilir. 

Populyarlığına görə ikinci yeri “iPhone 7 Plus” tutub. Liderlərin üçlüyünü “Samsung Galaxy Grand Prime Plus” smartfonu qapayır. Bu qənaətcil smartfon 540 x 960 piksel genişlənməsi olan 5 düym displeyə malikdir. Onun qiyməti isə 130 dollardan başlayır. Həmçinin ilk beşliyə “iPhone 6s” və “Samsung Galaxy S8” smartfonları da daxil edilib.

Qeyd edilir ki, “iPhone 7”-nin builki göstəriciləri “iPhone 6s”-in 2016-cı ilin analoji dövrü ilə müqayisədə bir qədər zəifdir. Analitiklər əlavə ediblər ki, ildən-ilə “Apple”in bazar payı azalır. Belə ki, 2015, 2016 və 2017-ci ilin yarısını müqayisə etsək, məlum olur ki, “iPhone”un bazar payı əvvəlcə 10-dan 7 faizə qədər azalıb. Sonradan isə ümumiyyətlə, 5 faizə qədər düşüb. Analoji vəziyyət “Samsung” şirkətində də müşahidə olunur.

Ümumilikdə ilk onluğa “Samsung” şirkətinin 5 smartfonu daxil edilib. “Apple”dən bu siyahıda 4, Çinin “Oppe” şirkətindən isə cəmi 1 smartfon daxul edilib.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017