Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Nokia 9”, “Nokia 7” və “Nokia 2” smartfonları nə vaxt təqdim ediləcək?

Bu il “HMD Global” şirkəti “Nokia 3”, “Nokia 5”, “Nokia 6” və “Nokia 8” smartfonlarını buraxıb.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, Çin şirkətinin “Nokia 9”, “Nokia 7” və “Nokia 2” üzərində də işlədiyi bildirilir. 

“Nokia 2” və “Nokia 9”-un təqdimatlarının bu il baş tutacağı gözlənilirdi. Ancaq hazırda mənbələr “HMD Global”ın “Nokia 9”, “Nokia 7” və “Nokia 2” smartfonlarını gələn ilin əvvəlində təqdim edəcəyini deyirlər.

Mənbə kimi “HDD Global” şirkəti üçün logistika ilə məşğul olan BPO şirkətin naməlum əməkdaşı çıxış edib. O, yeniliklərin bu il çıxmayacağı ilə bağlı məlumatlara malikdir.

Qeyd edək ki, “HMD Global” şirkəti “Nokia”nın “Mobile World Congress 2017” sərgisində “diriləcəyi”ni elan edib. Yeni smartfonlar böyük ehtimalla “MWC 2018” sərgisində nümayiş olunacaq.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018