Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” dünyanın ən geniş monitorunu təqdim etdi -

“Samsung” korporasiyası ən geniş geymer (video oyunları oynayan şəxs) monitorunu təqdim edib.

 

İKT.lent.az-ın “Business İnsider”a istinadən verdiyi xəbərə görə, CHG90 GLED monitorunun diaqonalı 49 düym təşkil edir və 32:9 nisbətindədir. Ekran həlli 3840x1080 pikseldir. Monitor kvant nöqtələri əsasında QLED-matrisasına malikdir. Cihaz milyard rəng çalarının əks olunmasını dəstəkləyir. Əyilmiş ekran iki USB-port, “DisplayPort”, HDMI və standart 3,5 mm audioqoşulma yeri ilə təchiz olunub.

 

Bundan başqa, monitor CES 2017 sərgisində təqdim olunmuş və HDR effekti ilə oyun oynamağa imkan verən “FreeSync 2” texnologiyasını dəstəkləyən ilk monitordur.

 

Yeni məhsulun qiyməti ABŞ ərazisində 1499 dollar olacaq.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017