Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X” smartfonunun sirləri açıqlandı

“Apple” korporasiyasının baş dizayneri Coni Ayv “New Yorker TechFest” konfransı çərçivəsində “iPhone X” smartfonunun yaradılması prosesindən danışıb. 

İKT.lent.az-ın “Fortune” nəşrinə istinadən verdiyi məlumata görə, Ayv bildirib ki, cihazın yaradılması üçün 5 il vaxt sərf edilib.

 

Onun sözlərinə görə, tərtibatçıların cihazın son görünüşü və funksiyalar barədə təsəvvürləri vardı. “Ancaq istehsal prosesində onlar daimi olaraq çətinliklərlə üzləşirdilər. 99 faiz hallarda biz uğursuzluqlar keçirirdik”, - deyə Ayv loqotipin yaradılmasından danışarkən bildirib: “Bizim cəhdlərimizin böyük əksəriyyəti uğursuz nəticələnib. Əgər bizim prototiplər yarı yolda sınmasaydı, biz smartfonu daha tez bir müddətdə nümayiş etdirə bilərdik”.

Qeyd edək ki, “iPhone X” smartfonu sentyabrın 12-də “Apple”in Kaliforniyada keçirdiyi konfransda təqdim edilib. Smartfon demək olar ki, bütün frontal paneli tutan 5,8 düymlük OLED displeyə malikdir. Belə bir cihazı yeni kamera və naqilsiz enerji doldurulması ilə təchiz ediblər. 385 dollar və ya 2 336 manat qiyməti olan smartfonun satışlarına noyabrın əvvəllərində başlanacaq.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017