Bu bölmə Bakcell tərəfindən təqdim olunur

6 GB yaddaşa malik ən yaxşı 6 smartfon - REYTİNQ

Mütəxəssislər hazırda bazarda əlçatan olan və üzərində 6 GB əməliyyat yaddaşı quraşdırılmış smartfonların TOP-6-lığını tərtib ediblər.

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, siyahıda olan bütün cihazlar “Android” əməliyyat sistemi ilə çalışır və flaqman hesab edilirlər. Deməli, onların qiyməti də 346 dollardan və ya 584 manatdan yuxarı olacaq.

“AKKet.com” portalının mütəxəssisləri birinci yeri ən bahalı “Android” smartfon olan “Samsung Galaxy Note 8”-ə veriblər.

 

İkinci yeri HTC U11 smartfonu tutub ki, bu model də 729 dollar və ya 1 240 manat qiymətləndirilir və “Note 8”-dən ucuzdur.

Liderlərin üçlüyünü “OnePlus 5” qapayır. Bu smartfon bazarda iki variantda satılır - 6 və 8 GB əməliyyat yaddaşları ilə. Kiçik versiyasının qiyməti 479 dollar və ya 815 manat təşkil edir.

Dördüncü və beşinci yerləri Çinin “Huawei P10 Plus” və “Huawei Honor 9” smartfonları tutublar. Onların da qiymətləri müvafiq olaraq 669 dollar və ya 1 338 manat, həmçinin 500 dollar və ya 850 manat təşkil edir. 

Sonuncu yerdə “Xiaomi Mi 6” qərarlaşıb ki, bu da siyahıda olan ən əlçatan smartfondur. Onu 370 dollara və ya 630 manata əldə etmək mümkündür.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017