Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Qiymət və keyfiyyətinə görə ən yaxşı cihazlar - SİYAHI

“Phone Arena” portalının mütəxəssisləri oktyabr ayında daha yaxşı qiymət və keyfiyyət nisbətini nümayiş etdirən ən yaxşı cihazların siyahısını tərtib ediblər. 

İKT.lent.az-ın portala istinadən verdiyi məlumata görə, reytinqin sözsüz lideri qiyməti 230 dollardan 300 dollara qədər olan “Moto G5 Plus” modeli olub. Cihaz “Qualcomm Snapdragon 625” prosessoru, həmçinin 12 və 5 meqapiksel kameralarla təchiz edilib. 

İkinci yeri “Honor 8” telefonu tutub. O, alıcılara 300 dollara başa gələcək. Smartfon “Octacore” prosessoru ilə təchiz edilib ki, onun da 12 və 8 meqapiksel kameraları mövcuddur. Mütəxəssislər yeniliyin dizaynını, həmçinin korpusunun müasir materiallarını qeyd edirlər.

Liderlərin üçlüyünü 230 dollar qiyməti olan “Nokia 6” cihazı qapayıb. O da “Qualcomm Snapdragon 430” çipseti, 16 və 8 meqapiksel kameralarla təchiz edilib.  

Qeyd edək ki, ən yaxşı cihazların siyahısına “Xiaomi Mi A1” və “Samsung Galaxy A5” smartfonları da daxil edilib.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017