Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” Spilberqlə anlaşdı - YENİ LAYİHƏ

“Apple” korporasiyası tanınmış rejissor Stiven Spilberqə məxsus olan “Amblin Television” şirkəti ilə müqavilə imzalayıb.

 

İKT.lent.az-ın “The Wall Street Journal”ə istinadən verdiyi xəbərə görə, müqaviləyə əsasən məşhur “Amazing Stories” (“Qəribə hadisələr”) serialının davamı kimi 10 yeni bölüm hazırlanacaq. Hər bölümün büdcəsi 5 milyon dollardan çox olacaq.  

 

Bu serial “Apple”ın ilk televiziya layihəsidir. Hazırda layihənin detalları və süjet gizli saxlanılır. S. Spilberqin layihədə icraçı prodüser vəzifəsini tutacağı gözlənilir. Populyar ssenarist və prodüser Brayan Fullerin də işə cəlb olunacağı bildirilir.

 

Qeyd edək ki, “Amazong Stories” S. Spilberqin ideyası ilə çəkilən fantastik teleserialdır. İlk nümayiş 1985-ci ilin sentyabrından 1987-ci ilin aprelinə qədər olub. Serial 5 dəfə “Emmy” alıb.   

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017