Bu bölmə Bakcell tərəfindən təqdim olunur

On ildən sonra smartfonlar eynəyə çevriləcək - PROQNOZ

Alimlər inanır ki, yaxın onillikdə smartfonun bütün funksiyaları eynəyə keçiriləcək.

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, fantastik filmlərdə olduqca tez-tez istifadə olunan əlavə reallıq eynəkləri reallığa çevrilə bilər. Özü də 100 il sonra deyil, cəmi 10 il sonra.

Belə bir qənaətə mütəxəssis Viktor Orlovski gəlib. O hesab edir ki, tezliklə smartfonun bütün funksiyaları əlavə reallıq eynəklərinə keçiriləcək və bu, tədricən hazırkı texnologiyaları sıradan çıxacaq. Bu, artıq kompüterlərlə baş verir. Çünki smartfonlar kompüterdə olduğu kimi, demək olar, eyni funksiyalara malikdir. Məhz bunun üçün də 10 ildən sonra smartfonların əvəzinə texnika mağazalarında eynəklər satılacaq. 

V.Orlovski bildirib ki, nəinki vizual anlayış, hətta daxiletmə sistemi də dəyişə bilər. Aparıcı şirkətlər artıq əlavə və virtual reallıq texnologiyasının müasirləşdirilməsi və öyrənilməsi üzərində çalışırlar. Növbəti addım ancaq süni intellektin tərtibatı ola bilər.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017