Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Amerikalıların 64 faizi “Apple” gəzdirir

CNBC şirkəti tərəfindən keçirilən yeni sorğu göstərir ki, amerikalıların 64 faizi “Apple” şirkətinin elektron cihazlarına malikdir. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, 2012-ci ildə keçirilən analoji sorğu ilə müqayisədə “Apple” öz mövqelərini 14 faiz gücləndirə bilib.  
 
100 dollardan artıq gəliri olan ailələrin 87 faizinin “Apple” cihazları var. Həmçinin illik gəliri 30 min dolları keçməyən hər ikinci ailə də “Apple” texnikasına malikdir. 
 
Orta statistik Amerika ailəsində bu gün 2,6 ədəd “Apple” məhsulu mövcuddur. Bununla belə, ən varlı amerikalıların ailələrində 4,7 ədəd “Apple” cihazı var. Hətta ən kasıbının da evində, belə demək mümkündürsə, heç olmasa bir ədəd “Apple” var. 
 
Rəyi soruşulanların 64 faizi bildirib ki, onlar “iPhone”la vaxtlarını olduqca məhsuldar keçirirlər. 27 faiz isə bildirib ki, smartfonlarla vaxtlarını heç bir fayda olmada keçirirlər. Orta kateqoriyaya gənclər və ancaq orta təhsilli insanlar aiddir. Qalanlarına isə “iPhone” bütün gündəlik işlərdə kömək edir.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017