Bu bölmə Bakcell tərəfindən təqdim olunur

LG-nin əməliyyat gəlirləri 82,2 faiz artacaq - PROQNOZ

“LG Electronics” şirkəti bildirir ki, bu ilin üçüncü rübündə onun dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 15,2 faiz artmalı və 13,2 milyard dollar təşkil etməlidir. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bununla belə, şirkətin əməliyyat gəlirləri 82,2 faiz artmalı və 447,7 milyon dollar təşkil etməlidir.

 

Ancaq Koreya investisiya şirkətləri daha öncə proqnozlaşdırırdılar ki, bu ilin üçüncü rübündə şirkətin əməliyyat gəlirləri 520 milyon dollardan az olmayacaq. Deməli, “LG Electronics” çətin ki, investorların gözləntilərini doğruldacaq.

Bu ilin üçüncü rübündə bu qədər yüksək əməliyyat gəlirlərinin olmamasına əsas səbəb kimi “LG Elektronics” smartfonlarının zəif satışları göstərilir. 

Bu ilin ilk yarım ilində şirkətin ümumi əməliyyat gəlirləri 53,1 faiz artıb və 1,8 milyard dollar təşkil edib. Şirkətin dövriyyəsi isə 9,5 faiz artaraq 38,5 milyard dollar təşkil edib. 

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017