Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Masaüstü kompüter bazarı 12-ci rübdür azalır - BU ŞİRKƏT İSTİSNADIR

“Gartner” şirkətinin analitikləri iddia edirlər ki, bu ilin üçüncü rübündə dünyada 67 milyon ədəd masaüstü kompüter satışa çıxarılıb ki, bu da daha əvvəlki illə müqayisədə 3,6 faiz azdır. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, mənbənin hesablamasına əsasən, bu, artıq masaüstü kompüterlərin tədarükünün arda-arda azaldığı 12-ci rübdür. Qeyd edək ki, hesablamalar zamanı analitiklər xrombuk və planşetləri nəzərə almayıblar.
 
Bazarın lideri HP şirkəti olaraq qalır. Bu şirkət hesabat dövründə 14,59 milyon ədəd kompüter sata bilib ki, bu da satışların 4,4 faiz artması deməkdir.

 

“Lenovo” şirkəti ondan bir qədər geridə qalıb və 14,36 milyon ədəd masaüstü kompüter satışını həyata keçirib. Bu isə Çin nəhənginin satışlarının 1,5 faiz azalması deməkdir.
 
Liderlərin üçlüyünü “Dell” şirkəti qapayır. Onun satışları cəmi 0,4 faiz azalıb və 10,15 milyon ədəd cihaz təşkil edib.

 

Sonrakı yeri “Asus” tutub. Bu şirkətin satışları 9 faiz azalaraq 4,89 milyon ədəd olub. 
 
“Apple”in satışları 5,6 faiz azalaraq 4,6 milyon ədəd, “Acer”in satışları isə 6,2 faiz azalaraq 4,32 milyon ədəd təşkil edib.

 

Göründüyü kimi, digər şirkətlərdə azalma müşahidə olunduğu zaman bazarın liderləri arasında yalnız HP satışlarını artıra bilib.
 
ABŞ bazarında vəziyyət fərqlidir. Orada ilk beşlik belədir: HP, “Dell”, “Apple”, “Lenovo” və “Asus”. Bu regionda ümumi satışların həcmi 10,3 faiz azalıb.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017