Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” siyasi reklam qaydalarını dəyişəcək

“Facebook” şirkətinin rəhbərliyi 2018-ci ilin noyabrında ABŞ Konqresinə keçiriləcək ara seçkilərə qədər reklamlarla bağlı qaydalarına dəyişiklik etməyə hazırlaşır.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkənin proqramlar üzrə direktoru Mayk Şropfer bildirib. “Biz hazırda bütün bu məsələlər üzərində çalışırıq və işləri yaxşılaşdırmağa böyük diqqət ayırırıq”, - deyə o, söyləyib.

 

M. Şropfer deyib ki, dəyişikliklər etmək asan deyil, çünki “Facebook” çox böyük şəbəkədir. Hazırda onun 2 milyard istifadəçisi və 5 milyon reklam verəni var. Bu səbəblə, şirkət leqal reklamdan imtina etmək fikrində deyil. “Biz texniki qərarları aktiv test edirik, çünki bənzərsiz şəraitdə çalışırıq”, - deyə M. Şropfer əlavə edib.

 

Xatırladaq ki, “Facebook” Rusiya hökuməti ilə əlaqəli səhifələrin ABŞ-dakı prezident seçkilərindən əvvəl “Facebook”da siyasi reklamlar yaydıqlarını təsdiqləyib və bu barədə məlumatları Konqresə təqdim edib. Şirkət reklamları yoxlamaq üçün 1000-dən çox əlavə işçi götürüb.  

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017