Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Amerika səmasında uçan əjdahanın VİDEOSU - SENSASİON İDDİA

ABŞ-ın Montana ştatında çəkilən video internet izləyicilərini şoka salıb.

 

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, videoda sübh çağı göl üzərində elmə məlum olmayan canlının uçuş anı əks olunub.

 

Video fövqəltəbii hadisələrin tədqiqi ilə məşğul olan şəxs tərəfindən göndərilib. Adının çəkilməsini istəməyən tədqiqatçı bildirib ki, dronun kamerası ilə gölü çəkirmiş. Bu zaman təsadüfən səmada uçan nəhəng canlını görüb. Müəllif əmindir ki, o. hansısa quş olmayıb. Nəhəng qanadları və tikanlı quyruğu olan əcaib varlıq daha çox əfsanəvi əjdahalara bənzəyib.

 

Bir çox internet istifadəçiləri də videoda görünən canlının əjdaha olduğuna əminliyini vurğulayıb. Digərləri isə söhbətin pterodaktildən - nəsli kəsilmiş uçan dinozavrların nümayəndəsindən getdiyini iddia edib. 

 

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017