Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Su keçirməyən və 4G-yə qoşulan elektron kitab

ABŞ-ın Amazon” şirkəti təkmilləşdirilmiş su keçirməyən elektron kitab – “Kindle Oasis”i təqdim edib.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, elektron kitabın yeni versiyası 4G şəbəkələri üzrə mobil internetə daha sürətli qoşulmaq imkanına malikdir. Ekranın ölçüsü 7 düymdür (17,78 sm). Kitabın ölçüsü və parlaqlığı artırılıb. Batareyanın tutumu da artırılıb və cihaz bir dəfə doldurulmaqla 6 həftəyə qədər işləyir. “Kindle Oasis” “Bluetooth”a da qoşulur.

 

Yeni cihazın 32 Gb yaddaşa malik versiyası ABŞ-da 350 dollardan satışa çıxarılacaq. Baza versiyası isə (8 Gb yaddaş və 4G-yə qoşulma olmadan) 250 dollardır.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017